AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
12 May 2021 21:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 11-də ölkə üzrə 429 ictimai iaşə obyektində 747 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Böyük Qala ev 41 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “La quzu” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Rzayeva ev 5 ünvanında yerləşən, fiziki şəxs Əlibəyli Əlibəy Əlipənah oğluna məxsus “Caffeteria” kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov 121 ünvanında yerləşən, hüquqi şəxs "Coffee Alliance" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C. Xandan küçəsi 3066 ünvanında yerləşən, fiziki şəxs Xocaməmmədov Namiq Xocaməmməd oğluna məxsus “Park” kafesi;
5. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov ünvanında yerləşən, fiziki şəxs Ağayev Nurlan Qüdrət oğluna məxsus “Xanadan” kafesi;
6. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elbrus oğluna məxsus “Şır-Şır” restoranı;
7. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 23H ünvanında yerləşən, fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;
8. Bakı şəhəri, Xətai rayonu, Cəlilov küçəsi, ev 4B ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Malik Bəkir oğluna məxsus “Qədim Qəbələ” restoranı;
9. Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində (649-cu məhəllə) yerləşən, hüquqi şəxs "Amore Mio" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Peppe Pizza” restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 24 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Aynur Sirac qızına məxsus “Taste Baku” restoranı;
11. Bakı şəhəri, Sabunçu rayonu, Şorsu döngə 5 ünvanında yerləşən, fiziki şəxs Ağayev Valeh Seydəli oğluna məxsus restoran;
12. Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən, fiziki şəxs İbadov Teymur İldırım oğluna məxsus kafe;
13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən, fiziki şəxs Rzayeva Tünzalə Rza qızına məxsus çay evi;
14. Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor şossesi 11/13 ünvanında yerləşən, hüquqi şəxs “Aydınlıq” kiçik müəssisəsinə məxsus “Aydınlıq” kafesi;
15. Goranboy rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Camalzadə Əsəd Arzu oğluna məxsus çay evi;
16. Goranboy rayonu, Heydər Əliyev prospekti 57 ünvanında yerləşən, fiziki şəxs Alməmmədov Mübariz Dilqəm oğluna məxsus çay evi;
17. Xaçmaz rayonu, Nabran ünvanında yerləşən, fiziki şəxs Quliyev İsmət İsmayıl oğluna məxsus restoran;
18. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Baxışova Zəkiyyə Baxış qızına məxsus kafe;
19. Salyan rayonu, Ələt-Astara magistralının 126-cı kilometrliyində yerləşən, fiziki şəxs Quliyev Ramil Namid oğluna məxsus kafe;
20. Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən, fiziki şəxs Babayev İsrafil Fuad oğluna məxsus “Məkan” çay evi;
21. Lənkəran şəhəri, Vağzal ərazisində yerləşən, fiziki şəxs İbrahimov Fərhad Yəhya oğluna məxsus “Vağzal” çay evi;
22. Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən, fiziki şəxs Abasova Firəngiz Ağaəmi qızına məxsus kafe;
23. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi
24. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən, hüquqi şəxs "Resant Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ramada” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş