AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
21 May 2021 17:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 20-da ölkə üzrə 423 ictimai iaşə obyektində 731 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 7m ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 86 ünvanında yerləşən, hüquqi şəxs "Melevan" MMC-yə məxsus kafe;
3. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Pənahova Rəna Hacıağa qızına məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Xəlilov küçəsi ilə M. H. Şəhriyar küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Novruzova Surəyyaya məxsus kafe;
5. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 63A ünvanında yerləşən, fiziki şəxs Sanıyev Əli Nadir oğluna məxsus kafe;
6. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsi 31/33 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Heybət Musa oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Nəsimi rayonu, Cəlal küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus “Köhnə Ciyərxana” kafesi;
8. Bakı şəhəri, Nərimanov rayonu, A. M. Cümə küçəsində yerləşən, fiziki şəxs Quliyev Tahir Maxsud oğluna məxsus “Osmanlı” restoranı;
9. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mehbaliyev Rövşən Pəhlivan oğluna məxsus dönər evi;
10. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Əhmədli Vətən Feyzulla oğluna məxsus restoran;
11. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Məmmədov Rafiq Nəzir oğluna məxsus çay evi;
12. Qazax rayonu, Xanlıqlar kəndində yerləşən, fiziki şəxs Əliyev Namiq Əsəd oğluna məxsus restoran;
13. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Şükürov Müseyib Bəkir oğluna məxsus çay evi;
14. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Siyavuş Qədim oğluna məxsus kafe;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş