AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
3 İyun 2021 16:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 2-də ölkə üzrə 449 ictimai iaşə obyektində 781 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 24 B ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Çapay oğluna məxsus "Wood House" restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 47 C ünvanında yerləşən, fiziki şəxs Babayev Nadirə məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Əliyeva 3 ünvanında yerləşən, hüquqi şəxs "Simurg" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Second cup" restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 47 ünvanında yerləşən, fiziki şəxs Bağırov Arif Nofəl oğluna məxsus " Saluonol lounge" kafesi;
5. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küçəsi 68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus kafe;
6. Bakı şəhəri, Yasamal rayonu, Cavid pr. A.Sultanova küç. kəsişməsində yerləşən, hüquqi şəxs "Reges Restauran" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
7. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 1993-cü məhəllə, qeyri yaşayış sahəsində yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94F,102D ünvanında yerləşən, fiziki şəxs Babayev Əkrəm Rəhim oğluna məxsus "Bazaar rooms" restoranı;
9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba çimərlik ünvanında yerləşən, hüquqi şəxs "Alka " Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Sea side" restoranı;
10. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küç., dağüstü parkda yerləşən, fiziki şəxs Qasımov Vaqif Mikayıl oğluna məxsus kafe;
11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ ünvanında yerləşən, fiziki şəxs Məmmmədov İlham Xanbala oğluna məxsus "Görüş" restoranı;
12. Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov 1 ünvanında yerləşən, fiziki şəxs Səmədov Emil Nadir oğluna məxsus kafe;
13. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Abuzərov Əhəd Abuzər oğluna məxsus "Ruzi" dönər evi;
14. Xaçmaz rayonu, H.Z.Tağıyev 35 A ünvanında yerləşən, fiziki şəxs Əlifxanov Fəxri Əlövsət oğluna məxsus kafe;
15. Ağstafa rayonu, M.Ə.Rəsulzadə ünvanında yerləşən, fiziki şəxs Abbasov Saqif Rəşid oğluna məxsus kafe;
16. Balakən rayonu, Z.Bünyadov küçəsində yerləşən, fiziki şəxs Soltanov İmran Əliəhməd oğluna məxsus kafe;
17. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Quluzadə Daşqın Məhərrəm oğluna məxsus kafe;
18. Masallı rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Musayev Röyal Rəcəb oğluna məxsus kafe;
19. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Hüseynov Şahin Firudin oğluna məxsus kafe;
20. Beyləqan rayonu, Bolsulu ünvanında yerləşən, fiziki şəxs Şamirov İntiqam Müseyib oğluna məxsus çay evi;
21. Ucar rayonu, Qarabörk ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Famil Yaqub oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş