AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
4 İyun 2021 15:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 3-də ölkə üzrə 432 ictimai iaşə obyektində 779 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən, fiziki şəxs Akdemir Enginə məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, Mirzəyev 324h ünvanında yerləşən, fiziki şəxs Orucov Samir Sabir oğluna məxsus "Xərək" kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu, Mirzəyev 324g ünvanında yerləşən, fiziki şəxs Sadıqov Fərda Zəki oğluna məxsus "Pəncərə" kafesi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Nemətulla 40 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Tağı Vaqif oğluna məxsus "Qədir xum" kafesi;
5. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, M.K.Atatürk 69 ünvanında yerləşən, fiziki şəxsə məxsus "Lido" restoranı;
6. Bakı şəhəri, Binəqədi rayonu, Cəlal 63 ünvanında yerləşən, fiziki şəxs Nəsirov Mübariz Adış oğluna məxsus "Mikayıl" kafesi;
7. Bakı şəhəri, Nəsimi rayonu, 28 may 56, m 34 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Rəsul Fəxrəddin oğluna məxsus "Peçat" kafesi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 36 A ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Tayib Cəbrayıl oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında yerləşən, fiziki şəxs Fərəcov Rahid Süleyman oğluna məxsus kafe;
10. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 78 ünvanında yerləşən, fiziki şəxs Namazov Namiq Zəlimxan oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 39C ünvanında yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus "Şaurma" kafesi;
12. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ ev 5 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus Dükkan restoranı;
13. Bakı şəhəri, Nərimanov rayonu, Əliyev 82 ünvanında yerləşən, hüquqi şəxs "Alişan" şirkətinə məxsus "Alp inn" mehmanxanasının tərkibində yerləşən restoran;
14. Sumqayıt şəhəri, 4-cu mikrorayonda yerləşən, fiziki şəxs Tağıyeva Sevil Polad qızına məxsus "Damla" kafesi;
15. Kürdəmir rayonu, Karrar ünvanında yerləşən, fiziki şəxs Baloğlanov Pərvin Baloğlan oğluna məxsus kafe;
16. Bərdə rayonu, Yeni Daşkənd ünvanında yerləşən, fiziki şəxs Babayev Coşqun Şakir oğluna məxsus "Buz bulaq" restoranı;
17. Göygöl rayonu, Çaykənd ünvanında yerləşən, fiziki şəxs Namazov Azad Firdovsi oğluna məxsus kafe;
18. Qax rayonu, Baydarlı ünvanında yerləşən, fiziki şəxs Mikayılov Kamil Camal oğluna məxsus kafe;
19. Füzuli rayonu, Horadiz şəhərində yerləşən, fiziki şəxs Hüseynov Səyyaf Qara oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş