AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
10 İyun 2021 16:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 9-da ölkə üzrə 430 ictimai iaşə obyektində 736 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov 2B ünvanında yerləşən, hüquqi şəxs "Məskan" firmasına məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva 3 ünvanında yerləşən, fiziki şəxs "Novgüv" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Bagel" bar;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İldırım ünvanında yerləşən, fiziki şəxs Xanlarov Ceyhun Qalib oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 36 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Tələt Rafiq oğluna məxsus "Cəviz tea" kafesi;
5. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Quliyev Qulu Rafael oğluna məxsus restoran;
6. Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küç., 346-cı məhəllədə yerləşən, fiziki şəxs Zeynalov Əhliman Əvəz oğluna məxsus restoran;
7. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 12 ünvanında yerləşən, hüquqi şəxs Ağayev Şahin Mustafa oğluna məxsus "Toscana" restoran;
8. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında yerləşən, fiziki şəxs Qafarov Fazil Murad oğluna məxsus restoran;
9. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu 26 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli İsa oğluna məxsus "Orman" restoranı;
10. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov ev 17 ünvanında yerləşən, fiziki şəxs Bağırov Elxan Gülağa oğluna məxsus "Kayot" kafe;
11. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən, fiziki şəxs Keklik Eminə məxsus "Büyük fırat" restoranı;
12. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr., ev 149 ünvanında yerləşən, fiziki şəxs Əliyev Anar Əlihəzrət oğluna məxsus "Smoke lounge" kafe;
13. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev 82 ünvanında yerləşən, fiziki şəxs Rəhmanov Eldar Rəhman oğluna məxsus "Tonqal" restoranı;
14. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində yerləşən, fiziki şəxs Məmmədova Ülviyyə Eldar qızına məxsus kafe;
15. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində yerləşən, fiziki şəxs Nəciyev Süleyman Qəşim oğluna məxsus "Mavi dalğa" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
16. Sumqayıt şəhəri, Nəsimi adına park ünvanında yerləşən, fiziki şəxs Bağırov Murad Tofiq oğluna məxsus "Bibər pizza" restoran;
17. Kürdəmir rayonu, Karrar ünvanında yerləşən, fiziki şəxs Manafov Samir Fərhad oğluna məxsus kafe;
18. Gəncə şəhəri, Vəli Xuluflu ünvanında yerləşən, fiziki şəxs Mehdizadə Ülvü Elsevər oğluna məxsus kafe;
19. Zərdab rayonu, Gəlmə ünvanında yerləşən, fiziki şəxs Qocayev Müşfiq Məhəmməd oğluna məxsus kafe;
20. Lerik rayonu, Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məlikov İlqar Zakir oğluna məxsus çay evi;
21. Astara rayonu, H.Əliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Mais Şirməmməd oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş