AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
20 İyun 2021 15:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il 19 iyun tarixində ölkə üzrə 428 ictimai iaşə obyektində 747 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntu aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 143 ünvanında yerləşən, fizki şəxs Mədinəyev İlqar Möylə oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 158 ünvanında yerləşən, fizki şəxs Zalov Fərid Ramiz oğluna məxsus “Shaurma N1” kafe;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Sergey Yesenin ünvanında yerləşən, fizki şəxs Qədirov Bəxtiyar Ağakərim oğluna məxsus “Köz Xəlil” kafesi;
4. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 830-835-ci məhəllədə yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Özsüt Gənclik Mall” kafesi;
5. Bakı şəhəri, Yasamal rayonu, Şallaqxana 7, ev 24/65 ünvanında yerləşən, fizki şəxs Həsənova Güləbatın Mahmud qızına məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli 100 ünvanında yerləşən, fizki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;
7. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov ev 6 ünvanında yerləşən, fizki şəxs Quliyev Vəli Əlif oğluna məxsus “Zümrüd” kafesi;
8. Bakı Şəhəri, Nəsimi rayonu, Ə.Quliyev 131 ünvanında yerləşən, fizki şəxs Əliyev Akif Elfaq oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 40B ünvanında yerləşən, fizki şəxs "AXB" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “SKY HOTEL”in tərkibində fəaliyyət göstərən restoran;
10. Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən, fizki şəxs Əsgərova Gülcöhrə Qulu qızına məxsus kafe;
11. Ağsu rayonu, Ağsu dolaylarında yerləşən, fizki şəxs Süleymanov Rövşən Arif oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş