AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
13 İyul 2021 15:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 12-də ölkə üzrə 405 ictimai iaşə obyektində 669 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 3 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Xaçapuri park” restoranı;
3. İsmayıllı rayonu, Babək küçəsində yerləşən, fiziki şəxs Mövlamov Məhərrəm Mövlam oğluna məxsus restoran;
4. Şəki şəhəri, Giləhli 36 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Günel Fərruz qızına məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Xızıda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bərdədə yerləşən bazarda sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən, “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı bazarda baytarlıq sənədləri olmayan süd, balıq məhsullarının və müşayiətedici sənədləri olmayan tərəvəz məhsullarının satışa çıxarıldığı, qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, eləcə də üzərində etiket məlumatlarının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlandı
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: