AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
27 Avqust 2021 14:35
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 26-da ölkə üzrə 384 ictimai iaşə obyektində 650 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, fiziki şəxs Həsənov Əlibala Canalı oğluna məxsus kafe;
2. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç., ev 82 ünvanında yerləşən, fiziki şəxs Osmanov Fərid Eldar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 31 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus “Özsüt” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 31 ünvanında yerləşən, hüquqi şəxs "The Mood" MMC-yə məxsus “The Mood” restoranı;
5. Bakı şəhəri, Sabunçu rayonu, Z. Əliyev küçəsində yerləşən, fiziki şəxs Adıgözəlov Anar Həsən oğluna məxsus kafe;
6. Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi 1A ünvanında yerləşən, fiziki şəxs Səmədov Abikalam Abi oğluna məxsus “Beyran” restoranı;
7. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Ağayeva Cəmilə Yaqub qızına məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küç., ev 12 ünvanında yerləşən, fiziki şəxs Rzalı İsmayıl Şərafəddin oğluna məxsus kafe;
9. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 174 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Sadiq Hümbət oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində yerləşən, fiziki şəxs Rəsulov Siyasət Şahlar oğluna məxsus çay evi;
11. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Günəşə məxsus kafe;
12. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər parkının arxasında yerləşən, fiziki şəxs Məmmədov Teymur Vahid oğluna məxsus "Pizza Line" kafesi;
13. Bərdə rayonu, İsmət Qayıbov küçəsində yerləşən, fiziki şəxs Əlizadə Nicat Səbuhi oğluna məxsus "İmperator" kafesi;
14. Tərtər rayonu, Sancalı kəndində yerləşən, fiziki şəxs Babayev Malik Kamran oğluna məxsus "Cənnət məkan" kafesi;
15. Şəki şəhəri, Kiş kəndində yerləşən, fiziki şəxs Mustafayev Taleh Mais oğluna məxsus “Kiş adası” restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Cəbrayılda ərzaq mağazasında saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin Şərqi-Zəngəzur və Qarabağ regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəbrayıl rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərən, Sultanlı Davud Məmməd oğluna məxsus ərzaq mağazasında “Organic Light” və “Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub. Belə ki, içkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində məhsulun tündlük göstəricisi etiket məlumatı ilə uyğunsuzluq təşkil edib. Saxta alkoqollu içkinin satışının qarşısı alınaraq saxlanca verilib, məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəcəfova Şəfiqə Qara qızına məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək labarator müayinələrə cəlb olunub. Müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
“Avromed Company” “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasına qoşulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avromed Company” QSC-nin Baş icraçı direktoru Kamran İsgəndərov bioloji aktiv qida məhsullarının təhlükəsiz dövriyyəsi və düzgün istifadəsinin vacibliyinə diqqət çəkir. O bildirir ki, vitamin kompleksləri, balıq yağı, probiotik və kollagen tərkibli məhsullar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu kateqoriyaya aid məhsulların saxtalaşdırılması halları dünya miqyasında ciddi narahatlıq doğurur və nəzarət mexanizmləri zəif olduqda, insan sağlamlığı üçün real risk yaradır. Kamran İsgəndərovun sözlərinə görə, bu cür məhsullar qida rasionunu tamamlayır, lakin onu əvəz etmir. Buna görə də sağlam seçim etmək üçün yalnız rəsmi qeydiyyatdan keçmiş və etibarlılığı sübut olunmuş məhsullardan istifadə edilməlidir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Giriş