AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
25 Sentyabr 2021 16:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 24-də ölkə üzrə 401 ictimai iaşə obyektində 682 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Telnov 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Quliyev Əyanət Adil oğluna məxsus yeməkxana;
3. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən, fiziki şəxs Emin Kekliyə məxsus “Böyük Firat” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 98 ünvanında yerləşən, fiziki şəxs Məcidov Tahir Əliyar oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 49k ünvanında yerləşən, fiziki şəxs Mahmudzadə Fərid Bəxtiyar oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 15, məh. 1212 ünvanında yerləşən, fiziki şəxs Həsənov Mircəlal Böyükbəy oğluna məxsus “Lavaş Ocaqüstü” restoranı;
7. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Yaylakcıoğlu İlahə Mirnağı qızına məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Q R.İmanov küçəsinda yerləşən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus kafe;
10. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda yerləşən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus anbar;
11. Sumqayıt şəhəri , 20-ci məhəllə, ev 20/29 ünvanında yerləşən, fiziki şəxs Planov Roman Nəriman oğluna məxsus “Yakudza” kafesi;
12. Qazax rayonu, Ə.Qədirov ünvanında yerləşən, fiziki şəxs Quluyev İlqar Aydın oğluna məxsus “Laquna” çay evi;
13. Gəncə şəhəri, Radiostansiya ərazisində yerləşən, fiziki şəxs Xələfova Gülnarə İlham qızınə məxsus “Maralgöl” yeməkxanası.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xızıda antisanitar şəraitdə quş kəsimi və satışı aşkarlanıb - VİDEO
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Xızı rayonunun Sitalçay kəndində yerləşən, fiziki şəxs Haqverdiyev Rüfət Naib oğluna məxsus həyətyanı sahədə yoxlama aparıblar. Baxış zamanı ərazidə quşların antisanitar şəraitdə və baytarlıq baxışından keçmədən kəsildiyi, quş əti məhsullarının baytarlıq-sanitariya ekspertizası aparılmadan satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhdudlaşdırıcı qərar qəbul edilib. Quş əti məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir. Daha ətraflı:
“Le Beirut” ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələbləri pozulub
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ənvər Ağa Rəhim oğluna məxsus “Le Beirut” ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Baxış zamanı qida təhlükəsizliyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi çıxarışı olmadan dönər məhsulları istehsal etdiyi, ət məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı, etiket məlumatları olmayan xammallardan istifadə edildiyi aşkarlanıb. Həmçinin soyuq qəlyanaltıların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka hazır qida məhsullarından və dönərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Soyuq qəlyanaltıların hazırlanması və satışı, eləcə də çiy dönər istehsalı və bişmiş dönər ətinin satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-2.2-ci maddəsinə əsasən, araq istehsalında xammal kimi istifadə olunan spirtin alışı qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Bu tələbin pozulması qida obyektinin qeydiyyat və ya təsdiqinin ləğvi üçün əsas hesab olunur. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən “Abşeron Şərab 1” MMC-də yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehsal prosesində istifadə olunan içməli spirtin alış sənədlərinin mövcud olmadığı müəyyən edilib. Aşkar edilmiş qanun pozuntusu ilə bağlı daxil olan müraciət əsasında, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib. Qərarla bağlı sahibkarlıq subyekti və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş