AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
30 Sentyabr 2021 15:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 29-da ölkə üzrə 387 ictimai iaşə obyektində 652 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., Almaz İldırım küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Almaszadə Ramil Hacıağa oğluna məxsus “Frash Lounge” restoranı;
Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu və Atatürk küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Mirzəyev Samir Güləli oğluna məxsus “Paşa Dönər” restoranı;
Bakı şəhəri, Nərimanov rayonu, F. X. Xoyski pr., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs “150 Kitchen And Tea” MMC-yə məxsus “150 Kitchen And Tea” restoranı;
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 12 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İbrahim Əliməmməd oğluna məxsus “Keyfim” restoranı;
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs., Aşıq Ələsgər küç., məh. 2946 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rəşid Vahidoviçə məxsus “İsgəndərçi” dönər evi;
Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küç., ev 11, mən. 21 ünvanında yerləşən, hüquqi şəxs “Novgün” MMC-yə məxsus “Shakespeare” restoranı;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Fariz Rza oğluna məxsus kafe;
Gəncə şəhəri, Mirzə Şəfi Vazeh küçəsi 135 ünvanında yerləşən, fiziki şəxs Hümbətov Orxan Vahir oğluna məxsus kafe;
Gəncə şəhəri, A. Kazımov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Teymur Qələndər oğluna məxsus kafe;
Gəncə şəhəri, H. Ə. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Seyidova Zemfira Abdı qızına məxsus “Fərman” kafesi”.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Vəliyev Elvin Yaşar oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışı həyata keçirilən mağazalarda və idman zallarında nəzarət tədbirlərini davam etdirir. Monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus “EG Fitness” idman zalında “İnstant Oats (ironmax)”, “Amino Professional”, “Ultra Strong (ironmax)”, “Omega 3 Professional”, “Creatine Powder (ironmax)”, Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus “Tempo Fitness” idman zalında isə “Pure Whey Isolate 95”, “CLA Green Tea plus L-Carnitine”, “L-Carnitine Extreme Shot”, “Extreme Speed Shot”, “Arginin Ornitin”, “Krom Aktiv”, “Pump Express 2.0 Concentrate” əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb. Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.
Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb
Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, sahibkar Babayev Bakir Tohid oğluna məxsus ərzaq məhsullarının topdan satışı mağazasında yoxlama keçirib. Baxış zamanı müvafiq müşayiətedici sənədləri olmayan “Etalon Vodka”, “Kozino Vodka”, ”Revizor Vodka” əmtəə nişanlı alkaqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborotor müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Etalon Vodka” və ”Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş