AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
6 Oktyabr 2021 17:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 5-də ölkə üzrə 367 ictimai iaşə obyektində 632 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Xəqani 65 ünvanında yerləşən, fiziki şəxs Novruzova Sevinc Məmməd qızına məxsus hostel;
2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 95 ünvanında yerləşən, hüquqi şəxs “Saray-Baku” MMC-yə məxsus “Fırat” kafe;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin ünvanında yerləşən, fiziki şəxs İbrahimov Səid Nazim oğluna məxsus “Turk-Way” restoran;
4. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küç., keçid 815 ünvanında yerləşən, hüquqi şəxs “Wasım Afzal” MMC-yə məxsus dönər evi;
5. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Qarayev Sahil Malik oğluna məxsus dönər evi;
6. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Ramin Hümmət oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 82 ünvanında yerləşən, fiziki şəxs Batuhan Samed Çobana məxsus kafe;
8. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 81/13 ünvanında yerləşən, hüquqi şəxs “Shazeli Group” MMC-yə məxsus “Pak Dad” restoran;
9. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 14/8 B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç Ət” restoran;
10. Bakı şəhəri, Səbail rayonu, Badamdard qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Tuhumova Aşura İsrafil qızına məxsus kafe;
11. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Ağacanov Xıdırəhməd oğluna məxsus kafe;
12. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 ünvanında yerləşən, fiziki şəxs Sadıqov Rasim Nazim oğluna məxsus “Kilo Kabab” kafe;
13. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən, fiziki şəxs Həsənli Tahir Fəxrəddin oğluna məxsus “Milli Süfrə” kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasından idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyaları məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub. Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkar edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib. Eyni zamanda Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 ml həcmli içkilərdən (20.07.2025 - 20.07.2027-ci il istehsal və son istifadə tarixli) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib. Məlumat üçün bildiririk ki,qeyd olunan kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər.
Cəlilabadda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub
Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş prospektində yerləşən çayxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, ictimai iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Giriş