AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
10 Noyabr 2021 17:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 9-da ölkə üzrə 393 ictimai iaşə obyektində 676 monitorinq keçirilib. Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Nərimanov rayonu, F. X. Xoyski küçəsi 98 ünvanında yerləşən, fiziki şəxs İbrahimxəlilov Anar Qüdrət oğluna məxsus “Olimp Dönər” kafesi;
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Əliyeva küç., ev 27x ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Fizuli Qaraş oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
AQTA sədri süd və süd məhsullarının emalı zavodunda olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub. AQTA sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib. Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır?
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
AQTA bitki yağı və palma yağı idxalçılarına xəbərdarlıq edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib. Laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş