AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
6 Yanvar 2022 18:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 5-də ölkə üzrə 396 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Ə. Nəzərov küçəsi, ev 2, m. 8 ünvanında yerləşən, fiziki şəxs Cavadov Fərhad Natiq oğluna məxsus dönər evi;
2. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vüqar Xamis oğluna məxsus çay evi;
3. Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 14/70 ünvanında yerləşən, fiziki şəxs Nadirov Azər Habil oğluna məxsus “Yemen” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 7C ünvanında yerləşən, fiziki şəxs İsayev Cavad İldırım oğluna məxsus “Secrets Pub” restoranı;
5. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən, fiziki şəxs Rəhimov Yunis Adəm oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 15A ünvanında yerləşən, fiziki şəxs "Reges Hotels" MMC-yə məxsus “Divan Express” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş