AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
20 Oktyabr 2022 09:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
10-14 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 41 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektləri
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Fəaliyyət sahəsi |
Aşkar olunan nöqsanlar |
Görülən tədbir |
İlkin istehsal obyektləri |
|||||
1 |
Əsgərova Səbahət Məmməd qızı |
Abşeron rayonu, Masazır kəndi |
Ferma |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
2 |
"FruitGarden" MMC |
Qusar rayonu, Cağar kəndi |
Çəyirdəkli-tumlu meyvə bağları sahəsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
3 |
"Geotermal Aqro" MMC |
Kürdəmir rayonu, Mollakənd kəndi |
Geotermal- Aqro İstixana Kompleksi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
4 |
Mikayılov Anar Həmid oğlu |
Şəki rayonu, Orta Zəyzid kəndi |
Balıqların yetişdirilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
5 |
Yusifov Etibar Yasin oğlu |
Qazax rayonu, Çaylı kəndi |
Ferma |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
İstehsal və emal obyektləri |
|||||
6 |
Kərimova Təranə Həsən qızı |
Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi |
Unlu qənnadı məmulatların istehsalı |
Agentliyin vəzifəli şəxsinin verilmiş tələbinin yerinə yetirilməməsi |
İnzibati protokol tərtib olunub |
7 |
Əsgərov Polad Beytulla oğlu |
Sumqayıt şəhəri, məh.45-5 |
Unlu qənnadı məmulatların istehsalı və satışı |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
8 |
Babayev İlkin Valeh oğlu |
Siyəzən şəhəri, M.Zəkiyev küçəsi |
Çörək sexi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
9 |
Ələkbərova Simuzər Lələ qızı |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
"Gəncə Təndiri" - təndir çörəyi və digər unlu qənnadı məmulatların istehsalı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
10 |
Abuşov Ağalar Ziyad oğlu |
Mingəçevir şəhəri, Bağlar Massivi, ev 10 |
Çörək sexi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
11 |
İbrahimov Ramil Natiq oğlu |
Gəncə şəhəri, M.A.Abbaszadə küç., ev 46 |
Çörək sexi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
İctimai iaşə obyektləri |
|||||
12 |
"Arzu-A" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, ev 709K |
"Spring" oteli |
Agentliyin vəzifəli şəxsinin verilmiş tələbinin yerinə yetirilməməsi |
İnzibati protokol tərtib olunub |
13 |
Kazımova Nəsibə Bəşir qızı |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küç., ev 5 |
"Doyum" restoranı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
14 |
Mərdəliyev Ruhin İnqilab oğlu |
Sumqayıt şəhəri, 2-ci mkr, ev 75F, H.Əliyev prospekti |
"Hicaz Dönər" |
Sanitar norma və qaydaların pozulması, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
15 |
Quliyev Könül Saday oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti |
Kafe |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
16 |
Mirzəyev Şahin Seyidağa oğlu |
Siyəzən şəhəri, H.Əliyev küçəsi |
"Siyəzən Palace" şadlıq sarayı |
Sanitar norma və qaydaların pozulması, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
17 |
Vəliyev Həzrətqulu Xalidşah oğlu |
Şabran rayonu, Pirəmsən kəndi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
18 |
Salahov Elvin Vidadi oğlu |
Şamaxı şəhəri, H.Cavid prospekti |
Kafe |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
19 |
Hüseynov Bəxtiyar Hüseyn oğlu |
Saatlı rayonu, Saatlı şəhəri, H.Əliyev küçəsi |
"Xəyal" şadlıq evi |
Agentliyin vəzifəli şəxsinin yoxlama yerinə buraxılmaması |
İnzibati protokol tərtib olunub |
20 |
Babayev Pərviz Sədir oğlu |
Mingəçevir şəhəri, S.Vurğun Parkı, ev 24 |
"Şahin" kafesi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
21 |
Nəbiyev Bəxtiyar Qurban oğlu |
Gədəbəy rayonu, Arıqdam kəndi |
"Ecaz" şadlıq sarayı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
Ticarət obyektləri |
|||||
22 |
Əsgərov Hümmət Asəf oğlu |
Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi |
"İran Nemətləri" mağazası |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
23 |
Babai Həsən Əli oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küç., ev 33 |
"İran Ərzaqları" mağazası |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
24 |
"AqroQrup" MMC |
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi |
Anbar |
Mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
25 |
Nağıyev Əli Kərəm oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr |
"Göygöl" ət satışı mağazası |
Agentliyin vəzifəli şəxsinin verilmiş tələbinin yerinə yetirilməməsi |
İnzibati protokol tərtib olunub |
26 |
Xanalıyev Rəşad Firəddin oğlu |
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti |
Heyvan kəsimi və ət satışı mağazası |
Agentliyin vəzifəli şəxsinin verilmiş tələbinin yerinə yetirilməməsi |
İnzibati protokol tərtib olunub |
27 |
"Səba" ASC |
Sumqayıt şəhəri, 9 mkr, mənzil 27c |
"Səba" ət və süd dükanı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
28 |
Əliyarov Röyal Akif oğlu |
Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
Ət dükanı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
29 |
Məmmədov Yaşar Çoban oğlu |
Ağsu rayonu, Ağsu şəhəri, H.Əliyev prospekti |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
30 |
Fərəcov Samir Babalar oğlu |
Şirvan şəhəri, H.Əliyev küç., ev 433 |
"Güvən" market |
Mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
31 |
Abasov Mirəli Bayram oğlu |
Sabirabad rayonu, 20 Yanvar küçəsi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
32 |
Ramazanov Əminağa Filon oğlu |
Lənkəran rayonu, Kərgəlan kəndi |
Ət dükanı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
33 |
Zeynalov Elgün Sərraf oğlu |
Masallı rayonu, Masallı şəhəri, H.Əliyev pr., ev 44a |
Mağaza |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
34 |
Həsənov Nizaməddin Xudaşükür oğlu |
Cəlilabad rayonu, Maşlıq kəndi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
35 |
Mikayılov Füzuli Mikayıl oğlu |
Zərdab rayonu, Zərdab şəhəri, Azərbaycan küçəsi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
36 |
Nuriyev Nadir Abul oğlu |
Ucar rayonu, Qazyan kəndi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
37 |
Əmirov Taleh Valeh oğlu |
Şəmkir rayonu, Təzəkənd kəndi |
Ərzaq mağazası |
Mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
38 |
Mustafayev Ramiz Nurəhməd oğlu |
Şəki rayonu, Baş Göynük kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
39 |
Səmədov Rəşad Allahyar oğlu |
Şəki rayonu, Baş Göynük kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
40 |
Namazov Zabit Museyib oğlu |
Şəmkir rayonu, Düyərli kəndi |
"Grand" market |
Sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
41 |
"Tovuz-Taxıl" MMC |
Tovuz şəhəri, Sabir küç., ev 25 |
Kənd təsərrüfatı məhsullarının satışı bazarı |
Agentliyin vəzifəli şəxsinin verilmiş tələbinin yerinə yetirilməməsi |
İnzibati protokol tərtib olunub |
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.