AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
29 Noyabr 2022 17:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
21-25 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 45 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektləri
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Fəaliyyət sahəsi |
Aşkar olunan nöqsanlar |
Görülən tədbir |
İlkin istehsal obyektləri |
|||||
1 |
Əhmədov Vüqar Qədmulla oğlu |
Qusar rayonu, Yeni Həyat kəndi |
Meyvə bağı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
2 |
"Yaşıl Ranço" MMC |
Xaçmaz rayonu, Ləcət kəndi |
Meyvə bağı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
3 |
Cavadov Əfqan Ağabala oğlu |
Şamaxı şəhəri, məh.10 |
Südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
4 |
"Samux-Fish" MMC |
Bərdə rayonu, Samuxlu kəndi |
Balıq yetişdirilmə təsərrüfatı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
5 |
Əliyev Mehman Razim oğlu |
Qazax rayonu, Ağköynək kəndi, ev 34 |
Xırdabuynuzlu və iribuynuzlu heyvanların yetişdirilməsi təsərrüfatı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
İstehsal və emal obyektləri |
|||||
6 |
Nina Kozlovskaya Yevgenyevna |
Bakı şəhəri, Sabunçu rayonu Sabunçu ştq, B.Bünyadov küçəsi |
Süd məhsulları istehsalı |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
7 |
Quliyev Şahin Afət oğlu |
Abşeron rayonu, Məhəmmədli qəsəbəsi |
Çörək istehsalı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
8 |
Nağıyev Oqtay Rüfət oğlu |
Qəbələ rayonu, Vəndam qəsəbəsi |
Süd məhsulları istehsalı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
9 |
"Azfem" MMC |
Zaqatala rayonu, Muxax kəndi |
Meyvə və tərəvəzlərin konservləşdirilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
10 |
Əliyev Mobil Kamil oğlu |
Gəncə şəhəri, Yevlax şosesi |
Ət və ət məhsullarının istehsalı |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
İctimai iaşə müəssisələri |
|||||
11 |
Səfərov Fuad Roman oğlu |
Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 138A |
"Zeyd Türk Mətbəxi" restoranı |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
12 |
Rəhimov Hüseyn Sədulla oğlu |
Sumqayıt şəhəri, məh. 2, S.Vurğun küç., ev 102/64 |
"Ruskiy Stol" kafesi |
Sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
13 |
Əzimov Şərəfulla Kərim oğlu |
Quba rayonu, İkinci Nügədi kəndi |
Kafe |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
14 |
Gülməmmədov Əhməd Məhəmməd oğlu |
Quba rayonu, Ərməki kəndi |
Kafe |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
15 |
Eyvazov İlqar Dadaşbala oğlu |
Quba şəhəri, N.Nərimanov küçəsi |
"Çeşmə" restoranı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
16 |
Cahangirov Anar İsə oğlu |
Salyan rayonu, Marışlı kəndi, Ələt-Astara yolu |
“Hacıoğlu” restoranı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
17 |
"AzBiznesServis" MMC |
Naftalan şəhəri, Şirvan prospekti, mənzil 37 |
Restoran |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
18 |
Babayev Xalid İqbal oğlu |
Lənkəran şəhəri, Nizami küçəsi 87 |
"Zəm Zəm" dönər evi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
19 |
Zeynalov Nurlan Elxan oğlu |
Masallı şəhəri, M.C.Talışxanov küçəsi, ev 8 |
“Karal” restoranı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
20 |
Hüseynova Zərifə Taptıq qızı |
Lənkəran rayonu, Separadi kəndi |
"Ulum" şadlıq evi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
21 |
İsayev Fərid Fikrət oğlu |
Qax şəhəri, H.Əliyev prospekti |
Restoran |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
22 |
Abbasov Aydın Arif oğlu |
Bərdə rayonu, H.Əliyev prospekti |
"Bərəkət" dönər evi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdulaşdırıcı qərar verilib |
23 |
Nəsirova Günel Fikrət qızı |
Ağdam rayonu, Quzanlı qəs., Z.Əliyeva küçəsi |
"Murad" kafesi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
24 |
Ələkbərov Elçin Nadim oğlu |
Bərdə şəhəri, Koroğlu küçəsi |
"Sahil" yeməkxanası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
Ticarət obyektləri |
|||||
25 |
Mirzəyev Surəddin Əbdüləli oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi |
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazası |
Saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
26 |
"Buta Farm" MMC |
Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küç., ev 31 |
“Ozon” aptek |
Sertifikatlaşdırılmamış mallar |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
27 |
"Baku Food Center" QSC |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi |
Bazar |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
28 |
Şükurov Elnur Hümbət oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişməsi |
"Beyləqan" ət satışı mağazası |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
29 |
Əliyev Habil Oruc oğlu |
Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küç., ev 13 |
Ət kəsimi və satışı mağazası |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
30 |
"Vuqma-Qida Məhsulları" MMC |
Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat-Kürdəxanı yolu |
Çərəz məhsullarının qablaşdırılması |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
31 |
Həsənov Həkim Əliheydər oğlu |
Ağsu şəhəri, Ağsu-Gəgəli yolu |
Ət məhsullarının pərəkəndə satışı mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
32 |
Məmmədov Elmidar Vaqif oğlu |
Masallı rayonu, Viləş kəndi |
Süd qəbulu məntəqəsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
33 |
Nəzirli Ceyhun Rafan oğlu |
Qəbələ rayonu, H.Əliyev prospekti |
“Gold” şərab evi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
34 |
Corov Həbib Şabanoviç |
Zaqatala rayonu, Maqov kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
35 |
Novruzov Səbuhi Elşən oğlu |
Bərdə rayonu, Həsənqaya kəndi |
"Aran" market |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
36 |
Məmmədov Elnur Malik oğlu |
Göygöl rayonu, Hacıməlik qəsəbəsi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
37 |
Həsənov Elman Telman oğlu |
Goranboy rayonu, Qızılhacılı ştq |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
38 |
"N.A.N.T." MMC |
Gəncə şəhəri, Ş.İ.Xətai küç., ev 47 |
Anbar |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
39 |
Əkbərov Nizami Nadir oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Ət satışı mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
40 |
Qurbanov Sakit Rza oğlu |
Tovuz rayonu, Əyyublu kəndi |
Ərzaq satışı mağazası |
Sanitar norma və qaydaların pozulması, sahibkar tərəfindən yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi |
İnzibati protokol tərtib olunub |
41 |
“Nazim” MMC |
Qazax şəhəri, H.Əliyev prospekti |
Mərkəzi Bazar |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
42 |
"Dostluq" firması |
Ağstafa şəhəri, H.Əliyev pr., ev 86 |
Mərkəzi Bazar |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
43 |
Alıyev Murad Abduləli oğlu |
Qazax rayonu, N.Nərimanov küç., ev 72A |
Heyvan kəsimi məntəqəsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
44 |
Heydarov Zahir Xosu oğlu |
İmişli şəhəri, T.İsmayılov küçəsi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
45 |
Hüseynov Rafael Ağabala oğlu |
Ucar rayonu, Lək kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.