AQTA sədri Qoşqar Təhməzli ilə "Rosselxoznadzor" rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub
3 Fevral 2021 16:22
Fevralın 3-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub. Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan alma və pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı keçirilən görüşdə AQTA sədri alma və pomidor istehsalı ilə məşğul olan müəssisələrdə nəzarətin gücləndirilməsi, həmçinin təssərrüfatlarda aparılan bitki mühafizəsi tədbirləri və həyata keçirilən birgə videomonitorinqlərlə bağlı məlumatları diqqətə çatdırıb.
Aparılan telefon danışığı zamanı bitki mühafizəsi tədbirləri nəticəsində sağlamlaşdırılmış təsərrüfatlardan Rusiya Federasiyasına alma və pomidor məhsullarının ixracı məsələsi müzakirə olunub.
Oxşar xəbərlər
Energetik içkilər adi sərinləşdirici içki deyil: İstehlakçılar nələrə diqqət etməlidir?
Son illər energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərəçarpacaq dərəcədə artıb. İsti hava şəraitində bəzi insanlar bu məhsulları sərinləşdirici içki kimi qəbul etsələr də, energetik içkilər tərkibi və təsirinə görə adi sərinləşdirici içkilərdən fərqlənir. Bu cür məhsulların tərkibində kofein, taurin, quarana, jenşen, inozitol, B qrupu vitaminləri, qlükoronolakton və digər bitki mənşəli komponentlər mövcud ola bilər. Mövcud tələblərə əsasən energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Həmçinin bu məhsulların alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadəsi tövsiyə edilmir. Energetik içkilərin yaşlı şəxslər, hamilə və süd verən qadınlar, eləcə də diabet, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm pozuntuları olan insanlar tərəfindən istifadəsi məsləhət görülmür. Energetik içkilərin gündəlik istehlak həcminin 500 millilitrdən artıq olmaması tövsiyə olunur. Bundan əlavə, bu məhsulların idman və digər intensiv fiziki fəaliyyətlərdən əvvəl, fəaliyyət zamanı və sonra istifadəsi məqsədəuyğun hesab edilmir. Qanunvericiliyə uyğun olaraq energetik içkilərin etiketində mütləq şəkildə “Energetik içki” ifadəsi yazılmalıdır. Ətraflı:
Xızıda antisanitar şəraitdə quş kəsimi və satışı aşkarlanıb - VİDEO
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Xızı rayonunun Sitalçay kəndində yerləşən, fiziki şəxs Haqverdiyev Rüfət Naib oğluna məxsus həyətyanı sahədə yoxlama aparıblar. Baxış zamanı ərazidə quşların antisanitar şəraitdə və baytarlıq baxışından keçmədən kəsildiyi, quş əti məhsullarının baytarlıq-sanitariya ekspertizası aparılmadan satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhdudlaşdırıcı qərar qəbul edilib. Quş əti məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir. Daha ətraflı:
“Le Beirut” ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələbləri pozulub
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ənvər Ağa Rəhim oğluna məxsus “Le Beirut” ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Baxış zamanı qida təhlükəsizliyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi çıxarışı olmadan dönər məhsulları istehsal etdiyi, ət məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı, etiket məlumatları olmayan xammallardan istifadə edildiyi aşkarlanıb. Həmçinin soyuq qəlyanaltıların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka hazır qida məhsullarından və dönərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Soyuq qəlyanaltıların hazırlanması və satışı, eləcə də çiy dönər istehsalı və bişmiş dönər ətinin satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş