AQTA sədri tütün istehsalçıları və ixracatçıları ilə görüşüb
24 Aprel 2022 12:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tütün istehsalçıları və ixracatçıları ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli son illərdə ölkəmizdə bitki sağlamlığı sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən sistemli dəstək tədbirləri nəticəsində digər sahələrlə yanaşı, tütünçülük sahəsinin də inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tütünçülük təsərrüfatlarında monitorinqlər davam etdirilir və aşkar olunan uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə hərtərəfli metodiki köməklik göstərilir.
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında tütünçülük məhsullarının ixrac olunduğu ölkələrin tələblərinə uyğun analizlərinin həyata keçirildiyi, bu istiqamətdə sahibkarlara hər cür peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.
Tədbirdə tütün istehsalı və ixracatında qarşıda duran vəzifələr, tütünçülük məhsullarının ixracının şaxələndirilməsi və bu istiqamətdə olan hədəflər və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Tütün istehsalı və ixracatı ilə məşğul olan sahibkarlar qarşılaşdıqları problemlər, tütün istehsalındakı mövcud vəziyyətdən danışıb, öz fikirlərini bölüşüblər.
Sonda sahibkarlarla birbaşa ünsiyyəti təmin edən bu cür görüşlərin davam etdiriləcəyi və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Oxşar xəbərlər
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Abbaszadə Nəsimi Əlipolad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstehsal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində istifadə olunan suyun, bütün alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb – VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş