AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir
4 Noyabr 2021 18:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Nəsimi küçəsində fəaliyyət göstərən fiziki şəxs Umarov İlqar Mirzə oğuna məxsus "Dostluq” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir
Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan - Qida Təhlükəsizliyi Komitəsi yaradılıb. Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.
AQTİ tərəfindən qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə təlim təşkil olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib.
Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir
Ölkəmizdə 27-28 may tarixlərində müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək. Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir. Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş