AQTA tərəfindən hazırlanan 3 adda normativ hüquqi akt “Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilib
5 Fevral 2021 18:55
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə Agentliyin fəaliyyət istiqamətləri üzrə bir neçə texniki normativ hüquqi akt Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Kollegiya Qərarına əsasən, “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nin, “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın və “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” təsdiq edilib.
Qanunvericiliyə uyğun olaraq, texniki normativ hüquqi aktlar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.
“Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri” bitki adı ilə adlandırılan yağların (bundan sonra-bitki yağları) minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edir. Bu tələblərin işlənib hazırlanmasında “Bitki adı ilə adlandırılan yağlara dair” CXS (Codex Stan) 210-1999 saylı Kodeks Alimentarius Beynəlxaq qida standartına istinad olunub.
“Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya norma və qaydaları” qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsuldar heyvanlardan əldə edilən heyvan mənşəli qida məhsullarında aşkar edilən baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin yolverilən maksimum qalıq miqdarını, o cümlədən heyvan mənşəli qida məhsullarında yol verilməsi qadağan olunmuş farmakoloji aktiv maddələri müəyyənləşdirir. Bu qaydaların işlənib hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı “Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin “Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.
“Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını müəyyənləşdirir. Qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının “Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193-1995) və “Yeyinti məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin qurulması” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilib.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş