AQTA və FAO arasında əməkdaşlığın genişləndirilməsinə dair daha bir görüş keçirilib
22 Aprel 2022 16:42
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri arasında əməkdaşlığa, birgə tədbir və layihələrin icrasının mövcud vəziyyətinə həsr olunmuş görüş keçirilib.
Görüşdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən birgə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. FAO ilə səmərəli əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Qida məhsullarının təhlükəsizliyinə milli nəzarət sisteminin qiymətləndirilməsi və qida təhlükəsizliyi risklərinin təhlilinə təcrübi yanaşmalar üzrə gələcəkdə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş