AQTA və Rosselxoznadzor arasında görüş keçirilib
19 Aprel 2022 14:53
![AQTA və Rosselxoznadzor arasında görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2970/16824826276536.jpg)
![AQTA və Rosselxoznadzor arasında görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2970/16824826276536.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində qurumlar arasında əməkdaşlığın davam etdirilməsi istiqamətləri müzakirə olunub.
Görüş nəticəsində hər iki qurum imzalanmış ikitərəfli sənədlər üzrə əməkdaşlığı davam etdirmək, hazırlanmaqda olan sənəd layihələrinin razılaşdırılması üzrə işləri sürətləndirmək, heyvan xəstəliklərindən azad zonaların yaradılması, onların diaqnostikası və baytarlıq nəzarətinin təşkili, sərhədyanı ərazilərdə immun zonanın yaradılması üçün epizootik tədbirlər sahəsində məsləhətləşmələr və təcrübə mübadiləsi aparmaq, baytarlıqda istifadə üçün dərman vasitələrinin hazırlanması, Azərbaycanın Qida Təhlükəsizliyi İnstitutu ilə Ümumrusiya Bitki Karantini Mərkəzi (VNİİKR), Heyvan və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Ümumrusiya Elmi-Tədqiqat İnstitutu (VNIIP) arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
![Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10276/whatsapp-image-2025-02-17-at-114443.jpg)
Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)