AQTA yağ məhsulları üzrə aparılan nəzarət tədbirlərinin nəticələrini açıqlayıb
26 İyul 2023 16:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən yaxılabilən yağlardan (spred, marqarin) və kərə yağlarından nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Belə ki, cari dövr ərzində 13-ü yerli, 27-si idxal edilən olmaqla, 40 yaxılabilən yağdan nümunə götürülüb. Götürülmüş nümunələr məhsulun yağ fazasında yağ turşularının trans izomerlərinin və doymamış yağ turşularının miqdarı, habelə təhlükəsizlik göstəriciləri (koliform bakteriyalar, kif-maya göbələkləri, qurğuşun və arsenin təyini) üzrə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.
Eyni zamanda, ticarət şəbəkələrində satışda olan 15-i yerli, 17-si idxal edilən olmaqla, 32 kərə yağı məhsulundan nümunə götürülüb və laboratoriya sınaqlarına cəlb edilib. Sınaq nəticələrinə əsasən, 31 məhsul yoxlanılmış parametrlər üzrə normativ sənədlərin tələblərinə cavab verib. Fiziki şəxs Ülkər Şamil qızı Veyisovaya məxsus 1 kərə yağı nümunəsinin tərkibində “Stafilokok” bakteriyası, habelə məhsulun minimum keyfiyyət göstəricilərində (yağ turşu spektri) uyğunsuzluqlar aşkar olunub. Bununla bağlı sahibkar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.
2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən 5-i planlı, 4-ü plandankənar olmaqla, 9 kərə yağı emalı müəssisəsində də yoxlamalar keçirilib. Yoxlamalar zamanı 6 müəssisədə nöqsanlar aşkar edilib. Uyğunsuzluqlar emal sahələrində sanitariya qaydalarına əməl olunmaması, istifadə müddəti bitmiş kərə yağının anbarda saxlanılması, iadə olunmuş yağlarla istifadəyə yararlı yağların eyni sahədə saxlanması, xammalın müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilməməsi, istehsal olunan məhsulların müayinələrinin aparılmaması, etiket məlumatlarında kərə yağının yağlılıq faizinin göstərilməməsi, işçilərin gigiyena qaydalarına əməl etməməsi və onların ilkin və dövrü tibbi müayinədən keçməməsi, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması ilə bağlı olub. Aşkarlanan nöqsanlarla əlaqədar 2 müəssisədə məhsul partiyasının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib və 6 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Aparılmış yoxlama zamanı risk əsaslı yanaşma tətbiq etməklə istehsal olunan yağlardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.
Bundan başqa, Agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri aparılır.
Qeyd edək ki, 2023-cü ilin ikinci yarısında 13 yağ emalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş