AQTİ-də ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi”nin tətbiqinə başlanılır
8 Dekabr 2021 16:37


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri”nin tətbiqinə başlanılır.
Bu beynəlxalq standart əsasında idarəetmə sistemlərinin tətbiqi İnstituta qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə imkan verir.
Beynəlxalq idarəetmə sisteminin tətbiqi ümumi fəaliyyətin təkmilləşdirilməsinə şərait yaratmaqla yanaşı, şəffaflığın və məhsuldarlığın artırılmasına, davamlı inkişafın təmin olunmasına imkan verir. Həmçinin bu beynəlxalq sistemin tətbiqi qida təhlükəsizliyi sahəsində müasir və qabaqcıl standartların tələbinə cavab verən keyfiyyətli xidmətlərin təmin edilməsinə, idarəetmənin səmərəli təşkilinə, sənədləşmənin düzgün və stabil aparılmasına təkan verəcəkdir.
Bundan başqa, standartın tələbləri xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verir ki, bu da vətəndaş məmnuniyyətini, eləcə də tərəfdaşlar qarşısında inamı artıracaqdır.
Oxşar xəbərlər

Lənkəranda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı
Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus ”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

"Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib. Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı
Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
