AQTİ ilə Avropa Qida Təhlükəsizliyi Qurumu arasında görüş keçirilib
6 İyul 2022 10:45
Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) beynəlxalq təşkilatlarla və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
AQTİ əməkdaşları ilə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) əməkdaşları arasında videokonfrans formatında növbəti görüş keçirilib. Görüşün əsas məqsədi “Qida istehlakı məlumat bazası” üzrə Avropa təcrübəsinin öyrənilməsi olub. Görüşdə EFSA əməkdaşları Avropa Birliyi ölkələri üçün keçirdikləri sorğu haqda təqdimat nümayiş etdiriblər.
Təqdimat zamanı “Qida istehlakı məlumat bazası”nın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, baza təhlükəli maddələrə məruz qalmanın qiymətləndirilməsində, gündəlik qida qəbulunun miqdarının müəyyən edilməsində, qidaya əsaslanan pəhriz qaydalarının hazırlanmasında və digər məsələlərin qiymətləndirilməsində mühüm rol oynayır.
Daha sonra qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə mövcud vəziyyət ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş