AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası gün ərzində 1000-dən artıq müxtəlif təyinatlı nümunələrin müayinəsini həyata keçirir
17 Avqust 2021 16:10
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan bir sıra laboratoriyalar fəaliyyət göstərir. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir. Bu laboratoriyalardan biri də Mərkəzi Baytarlıq Laboratoriyasıdır.
Mərkəzi Baytarlıq Laboratoriyasında gün ərzində 1000-dən artıq müxtəlif təyinatlı müayinələr (seroloji, bakterioloji, virusoloji, parazitoloji, toksikoloji) həyata keçirilir. Bu müayinələr nəticəsində kənd təsərrüfatı heyvanlarının ( iri və xırdabuynuzlu heyvanlar, donuzlar, atlar və s.), balıqların, arıların, ev heyvanlarının (itlər, pişiklər və s.) vəhşi heyvanların, quşların (ev, çöl, dekorativ) müxtəlif etiologiyalı xəstəliklərinin dəqiq, çevik, qısa zaman kəsiyində laborator müayinələrinin nəticəsini əldə etmək mümkündür. Müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) "Quruda yaşayan heyvanların vaksin və diaqnostik" təlimatına əsasən aparılır.
Laboratoriyada quş qripi, qarayara, quduzluq, botulizm, salmonellyoz, bruselyoz və s. kimi insan sağlamlığı üçün də xüsusi təhlükə yarada biləcək xəstəliklərin vaxtında və düzgün müayinəsi aparılaraq nəticəsi təqdim olunur. Müayinələr Bio-Rad, Biotek, Multiscan və s. cihazlar vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Polimeraz Zəncirvari Reaksiya (PZR), İFA (İmmunoferment Analiz), Komplementin Birləşməsi Reaksiyası (KBR), Aqlütinasiya Reaksiyası (AR), müxtəlif boyama üsulları və s. əsasında aparılır.
Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə müayinələrin həyata keçirilməsi Mərkəzi Baytarlıq Laboratoriyasının əsas fəaliyyət istiqamətidir. Laboratoriyada yüksək risk qrupuna daxil olan heyvan mənşəli məhsulların, gön-dəri məhsullarının qarayara xəstəliyi üzrə müayinəsi, eləcə də “Vahid sağlamlıq” konsepsiyasına uyğun olaraq insan sağlamlığı üçün də təhlükəli xəstəliklərin müayinəsi uğurla həyata keçirilir.
Mərkəzi Baytarlıq Laboratoriyası Biotəhlükəsizlik Səviyyəsi 2+ olan mobil səhra laboratoriya ilə də təmin edilib. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək qısa zaman ərzində xəstəliyin aşkarlanması imkanlarına malikdir.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası heyvanların bruselyozu, viruslu diareyası, xırdabuynuzlu heyvanların taunu, dabaq, göydil, quşların mikoplazmozu, Nyukasl, infeksion bursal xəstəliklərinin qan və süd nümunələri üzərində səriştəlilik sınağında uğurlu nəticələr əldə edib.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş