AQTİ qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində iş təcrübəsi olan mütəxəssisləri əməkdaşlığa dəvət edir
29 Sentyabr 2021 15:30
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi məqsədilə müvafiq ixtisasa yiyələnmiş və müvafiq sahə üzrə 5 il iş təcrübəsi olan mütəxəssisləri əməkdaşlığa dəvət edir. Əməkdaşlıq çərçivəsində uyğun namizədlərlə AQTİ arasında müvafiq müqavilə imzalanacaq və namizədin Türkiyə Respublikasında təlim, o cümlədən digər xərcləri İnstitut tərəfindən qarşılanacaq.
Bitki sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər
- Entomoloq
- Fitohelmentoloq
- Herboloq
- Mikoloq
- Molekulyar Bioloq
- Virusoloq
- Mikrobioloq
- Aqrokimyəvi preparatların ekspertizası üzrə mütəxəssis
- Aqronom
Heyvan sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər
- Mikrobioloq
- Molekulyar Bioloq
- Virusoloq
- İxtioloq
- Parazitoloq
- Baytarlıq preparatlarının ekspertizası üzrə mütəxəssis
Qida təhlükəsizliyi üzrə ehtiyac olan mütəxəssislər
- Qida mühəndisi
- Standartlar və sertifikasiya üzrə mütəxəssis
- Risk təhlili üzrə mütəxəssis
Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il sentyabrın 29-dan noyabrın 1-dək öz şəxsi məlumatlarını hr.aqti@afsa.gov.az elektron ünvanına “Əməkdaşlıq” başlığı ilə göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Əlaqə nömrəsi: (012) 565-12-82 (530, 532).
Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş