Beyləqanda spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirilib
2 Oktyabr 2025 16:01
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Şəfəq qəsəbəsi, Magistral küçəsində fəaliyyət göstərən, Quliyev Fariz Oktay oğluna məxsus spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirib.
Baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Eyni zamanda etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə üzərində istehsalçısı barədə məlumatlar olmayan, fərqli şəxslərin adları yazılan, guya müalicəvi təsirə malik olması barədə qeydlər olan “Qızıl Qala” və “Qızıl Qaya” əmtəə nişanlı spirtsiz içki etiketləri aşkarlanıb. Həmçinin müəssisədə başqa istehsalçılara məxsus şüşə butulkalar aşkarlanıb.
Araşdırma zamanı müəssisədə istehsal olunan suların Beyləqan rayonunda yerləşən “Röya” və “Kral” şadlıq saraylarında toy məclislərində istifadə edildiyi məlum olub. Belə ki, bu ictimai iaşə obyektlərində keçirilən yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan digər istehsalçılara məxsus şüşə butulkalarda limonad, meyvə şirəsi, qazlı və qazsız sular aşkarlanıb. Sözügedən içkilərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, aşkar edilmiş etiket və butulkaların məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.
Oxşar xəbərlər
Beyləqanda süd qəbulu məntəqəsində yoxlama keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, Təhməzov Qaryağdı Əsəd oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirib. Yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyasının müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmadığı, qida məhsulunun komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Həmçinin döşəmə, divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməyib, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunaraq süd qəbulu məntəqəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Füzulidə “Mandarin” marketdə yoxlama zamanı nöqsanlar aşkar edilib
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində fəaliyyət göstərən Kərimli Oqtay Seymur oğluna məxsus “Mandarin” marketdə yoxlama keçirilib. Yoxlama zamanı marketdə satış sahəsinin divar və tavan səthlərinin təmirli olmadığı, işçilərin soyunub-geyinməsi üçün otağın təşkil edilmədiyi, əllərin yuyulması üçün əl yuma çanağının təşkil edilmədiyi, təmizlik vasitələrinin saxlanması üçün ayrıca sahənin təşkil edilmədiyi, mexaniki və avtonom havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş