Biləsuvarda istehlaka yararsız spirtli içkilərin satışının qarşısı alınıb
13 Dekabr 2022 11:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan müraciət əsasında, Biləsuvar şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”,5 ədəd 1l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik “Artive”, 2 ədəd 1l-lik “Belova”, 1 ədəd 1l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş