Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb
24 Avqust 2026 15:48
İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb. Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.
Qeyd edək ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Aşkarlanan uyğunsuzluqlar aşağıdakılardır:
|
№ |
İdxalçı şirkət |
İstehsalçı şirkət |
Məhsulun adı |
Aşkarlanmış uyğunsuzluq |
Məhsulun istehsal və son istifadə tarixi |
|
1 |
“Herba Flora” MMC |
Zhejiang Chunli Tea Co., LTD |
yaşıl çay |
Pestisid qalığı (Dinotefuran) |
01.09.2025 - 01.09.2028 |
|
2 |
Feng Jiang |
Chen Keming Food Co., LTD |
əriştə |
Kif və maya göbələkləri |
17.12.2025 - 17.12.2027 |
|
3 |
“Premium Food Baku” MMC |
Yantai Yuji Foodstuff Co., LTD |
panko çörək qırıntıları |
Kif və maya göbələkləri |
06.01.2026 - 05.01.2028 |
|
4 |
“Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC |
Tianjn Xingda Heping Food Co., LTD |
əriştə |
Kif və maya göbələkləri |
09.11.2025 - 09.11.2027 |
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş