Dönər hazırlanan müəssisələrdə aparılan yoxlamaların nəticəsinə dair məlumat
26 Oktyabr 2023 17:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çəçivəsində 2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 1 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 8 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib.
Yoxlamalar zamanı qida obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, çiy dönər ətinin müşayiətedici sənədlərinin (ekspertiza aktı, baytarlıq şəhadətnaməsi, çıxarış) olmaması, çiy dönər hazırlanan müəssisələrdə texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, dönərin hazırlanmasında istifadə olunan xammalın temperatur rejiminə əməl edilmədən saxlanılması, bişmiş dönərin realizə olunarkən temperatur rejiminə əməl edilməməsi, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi, müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün şəraitin təmin olunmaması və onların ilkin və dövri tibbi müayinədən keçməməsi, müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması kimi uyğunsuzluqlar aşkarlanıb.
Qeyd edək ki, “Multimonitorinq Planı”nın icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda hazırlanan dönər məhsullarından 193 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 181 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 12 məhsulda uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkarlanan məhsul istehsal edən müəssisələr barədə qanunvericlik çərçivəsində zəruri tədbirlər həyata keçirilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş