Dünya çempionu Tofiq Əliyev: Nəzarətdən keçməyən idman qidaları sağlamlıq üçün ciddi risk yarada bilər
13 May 2026 12:19
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.
Layihənin növbəti qonağı tamblinq üzrə milli komandanın üzvü, Avropa və dünya çempionu Tofiq Əliyevdir. 17 ildir peşəkar idman fəaliyyəti ilə məşğul olan idmançının sözlərinə görə, qazandığı uğurlarla əlaqədar ona tez-tez istifadə etdiyi idman qidaları və bioloji aktiv qida məhsulları ilə bağlı suallar ünvanlanır.
Tofiq Əliyev vurğulayıb ki, həkim və ya mütəxəssis rəyi olmadan bu cür məhsullardan istifadə etmək risklidir. O bildirir ki, dövlət qeydiyyatından və nəzarətdən keçməyən idman qidaları, eləcə də bioloji aktiv qida məhsulları insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Dünya çempionu mənşəyi məlum olmayan və tərkibi yoxlanılmamış məhsulların qəbulunun müxtəlif sağlamlıq problemlərinə, hətta ağır fəsadlara səbəb ola biləcəyini diqqətə çatdırıb. Bu səbəbdən istehlakçılar məhsul seçərkən diqqətli olmalı, yalnız rəsmi qeydiyyatdan keçmiş və təhlükəsizliyi təsdiqlənmiş idman qidalarına üstünlük verməlidirlər.
Daha ətraflı:
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş