Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir
20 Aprel 2021 17:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiya Respublikasının Qərbi Finlandiya, Rusiya Federasiyasının Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiya Federasiyasının Krasnodar, Finlandiya Respublikasının Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Cənubi Afrika Respublikasından, Finlandiya Respublikasından və Rusiya Federasiyasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Vəliyev Elvin Yaşar oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışı həyata keçirilən mağazalarda və idman zallarında nəzarət tədbirlərini davam etdirir. Monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus “EG Fitness” idman zalında “İnstant Oats (ironmax)”, “Amino Professional”, “Ultra Strong (ironmax)”, “Omega 3 Professional”, “Creatine Powder (ironmax)”, Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus “Tempo Fitness” idman zalında isə “Pure Whey Isolate 95”, “CLA Green Tea plus L-Carnitine”, “L-Carnitine Extreme Shot”, “Extreme Speed Shot”, “Arginin Ornitin”, “Krom Aktiv”, “Pump Express 2.0 Concentrate” əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb. Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.
Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb
Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, sahibkar Babayev Bakir Tohid oğluna məxsus ərzaq məhsullarının topdan satışı mağazasında yoxlama keçirib. Baxış zamanı müvafiq müşayiətedici sənədləri olmayan “Etalon Vodka”, “Kozino Vodka”, ”Revizor Vodka” əmtəə nişanlı alkaqollu içkilər satışdan kənarlaşdırılıb və nümunələr götürülərək laborotor müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Etalon Vodka” və ”Revizor Vodka” əmtəə nişanlı alkoqollu içkilərdə tündlük göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş