Gədəbəydə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
19 Sentyabr 2023 11:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi məlum olmayan qida məhsullarının (ev şəraitində hazırlanmış turşular və kompotlar) və baytarlıq baxışından keçməyən ət və süd məhsullarının istifadə olunduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub. Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.
Oxşar xəbərlər
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
Qaxda fəaliyyət göstərən pivə zavodunda bir sıra nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qax şəhəri, Azərbaycan prospekti, ev 2F ünvanında fəaliyyət göstərən “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkar edilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.