Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
7 Fevral 2023 16:47
![Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4394/16824835268387.jpg)
![Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4394/16824835268388.jpg)
![Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4394/16824835268389.jpg)
![Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4394/16824835268387.jpg)
![Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4394/16824835268388.jpg)
![Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4394/16824835268389.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Q.Nəbi küç., ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Rövşən Rövşən oğluna məxsus quş əti emalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, emal prosesində istifadə olunan avadanlıqların vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunverciliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
![Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10276/whatsapp-image-2025-02-17-at-114443.jpg)
Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)