Gəncədə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
24 Noyabr 2021 14:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 131 ünvanında fəaliyyət göstərən fiziki şəxs Səfərov Orxan Nizami oğluna məxsus “Şah sarayı” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
AQTA sədri süd və süd məhsullarının emalı zavodunda olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub. AQTA sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib. Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır?
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
AQTA bitki yağı və palma yağı idxalçılarına xəbərdarlıq edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib. Laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş