Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən emal sahəsi aşkar edilib
4 May 2022 12:16
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Göyçay şəhər, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Fazil Abbas oğluna məxsus “Seyidlər” marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı marketdə fəaliyyət göstərən çörək, bulka və unlu qənnadı məmulatlarının istehsalı sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, emal sahəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasından idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyaları məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub. Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkar edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib. Eyni zamanda Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 ml həcmli içkilərdən (20.07.2025 - 20.07.2027-ci il istehsal və son istifadə tarixli) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib. Məlumat üçün bildiririk ki,qeyd olunan kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər.
Cəlilabadda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub
Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş prospektində yerləşən çayxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, ictimai iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Salyanda qənnadı məhsullarının istehsalı sexində nöqsanlar aşkarlanıb
Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 57 ünvanında, fiziki şəxs Əhmədov Samir Zehin oğluna məxsus fərdi yaşayış sahəsində fəaliyyət göstərən “Dəf kimi” əmtəə nişanlı qənnadı məhsullarının istehsalı sexində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib. Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş