Göyçayda təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
29 Dekabr 2021 15:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Göyçay rayonu, Potu kəndində fəaliyyət göstərən “Səadət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir − VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu müəyyən edilib. Aşkar edilən nöqsanlar əsasən müxtəlif məhsul növlərinin satışı üçün müvafiq şəraitin yaradılmaması və bazarlarda kifayət sayda piştaxta, rəf və digər zəruri avadanlıqlarla təchiz olunan zonaların ayrılmaması ilə bağlıdır. Eyni zamanda, süd və süd məhsulları, ət və ət məhsulları, habelə digər tez xarab olan riskli məhsulların saxlanılması üçün lazımi sayda soyuducu və dondurucu avadanlıqların mövcud olmaması, qida ilə təmasda olan səthlərin, xüsusilə piştaxtaların asan təmizlənən və korroziyaya davamlı materialdan hazırlanmaması kimi nöqsanlar müəyyən edilib. Nəzarət tədbirləri zamanı həmçinin qida məhsullarının satışı ilə məşğul olan şəxslərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, şəxsi gigiyena qaydalarına riayət etmədiyi və sanitar geyimlə təmin olunmadığı, habelə heyvan mənşəli məhsulların müvafiq müşayiətedici sənədlərinin və məhsulların izlənilməsini təmin edən etiket məlumatlarının olmadığı aşkarlanıb. Nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bazar rəhbərlərinə müvafiq göstərişlər verilib. Qeyd edək ki, nöqsanlar mövcud olan ərzaq bazarlarının fəaliyyətinin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması və potensial risklərin qarşısının alınması məqsədilə zəruri sağlamlaşdırma və təkmilləşdirmə tədbirlərinin görülməsi vacibdir. Agentlik tərəfindən bu istiqamətdə bazar subyektlərinə müvafiq metodiki dəstəyin göstərilməsi davam etdiriləcək. Növbəti mərhələdə həyata keçiriləcək nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi tələblərinə cavab verməyən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan, habelə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyən bazar subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcəkdir. Daha ətraflı:
Antisanitar vəziyyətdə fəaliyyət göstərən pendir istehsalçısı ilə bağlı tədbir görülüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Əhməd Kərəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş