Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib
13 Aprel 2023 17:21
![Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2353/16824823188945.jpg)
![Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2353/16824823188947.jpg)
![Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2353/16824823188948.jpg)
![Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2353/16824823188945.jpg)
![Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2353/16824823188947.jpg)
![Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2353/16824823188948.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, standartlara uyğun kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində AQTA tərəfindən Xətai Rayon İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə adıçəkilən rayonların ərazisində heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Heyvan kəsimi məntəqəsində keçirilən görüşdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı izah edilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizasskı aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.
Görüş zamanı sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
!["Asenat" MMC-yə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10250/whatsapp-image-2025-02-12-at-093011-1-1.jpg)
"Asenat" MMC-yə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
![Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı](https://afsa.gov.az/resized/resize224/center/pages/10240/whatsapp-image-2025-02-10-at-160301-1.jpg)
Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Aqşin Salam oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı suların açıq şəraitdə qablaşdırıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, qabların yuyulub doldurulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Baxış zamanı digər istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı su bidonlarının doldurularaq satışa çıxarıldığı müəyyən edilib. Həmçinin emal sahəsində qablaşdırılma tarixi qeyd edilməyən 100 ədəd 19 litrlik müxtəlif əmtəə nişanlı su bidonu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/10236/whatsapp-image-2025-02-10-at-114252-1.jpg)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 3-7 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı İmişli, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)