İctimai iaşə müəssisələrində sağlamlaşdırma işləri davam edir
14 Oktyabr 2025 15:16
Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq, yəni qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 7-də müvafiq tədbirlər görülməkdədir, 5 sahibkar isə həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb.
Sözügedən müəssisələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Obyekt |
Fəaliyyət ünvanı |
Sağlamlaşdırma işləri |
|
1 |
Sayılov Məqsud Əzizağa oğlu |
“Fish House” kafesi |
Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 15F |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
2 |
Xəlilova Tovuz Kazım qızı |
“Qərənfil” kafesi |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr., ev 209 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
3 |
Fiziki şəxs Ələkbərov Allahverdi Abbas oğlu |
“Üzeyir” şadlıq sarayı |
Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 105 |
Sağlamlaşdırılma işləri davam edir |
|
4 |
Fiziki şəxs Hüseynov Baxış Sərvər oğlu |
qutab evi |
Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 8-ci mkr |
Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb |
|
5 |
Hüseynov Rizvan İmran oğlu |
“Füzuli” kafesi |
Yasamal rayonu, M.Xiyabani küçəsi 14 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
6 |
Fiziki şəxs Rəhmanlı Rəqaib Ağa oğlu |
“Təndir Çörəyi” emal və satış obyekti |
Yasamal rayonu, B.Səfəroğlu və M.Muxtarov küçələrinin kəsişməsi |
Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb |
|
7 |
Fiziki şəxs Əliyev Elvin Əlisafa oğlu |
2 nömrəli Bakı Baza Tibb Kollecinin yeməkxanası |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 204 |
Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb |
|
8 |
Dadaşov Pərviz Almas oğlu |
“Top Qapı” restoranı |
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
9 |
Bayramov Aslan Ziyatxan oğlu |
“Dəli Kür” restoranı |
Xətai rayonu, Babək prospekti 23/40 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
10 |
Əliyev Yaşar Vəli oğlu |
“Sarı Qaya” restoranı |
Xətai rayonu, Zığ şosesi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
11 |
Fiziki şəxs Cəfərzadə Gülnar Xankişi qızı |
“Dönər Store” kafesi |
Xətai rayonu, Zığ şosesi, ev 3F |
Sağlamlaşdırılma işləri davam edir |
|
12 |
Məmmədov Məhəmmədəli İsgəndər oğlu |
"Çinar" kafesi |
Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 65, mənzil 1 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
13 |
Əzimov İslam Güloğlan oğlu |
“Kainat” kafesi |
Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
14 |
Fiziki şəxs Bədəlova Zeynəb Salamulla qızı |
“Bizim Məkan" kafesi |
Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
15 |
Fiziki şəxs Uğurliyev Şahin Mikayıl oğlu |
“Yaxşı İnsanlar” kafesi |
Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi, ev 7, mənzil 7A |
Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb |
|
16 |
Manafov Daşqın İslam oğlu |
“Meh” kafesi |
Səbail rayonu, Ə.Yaqubov küçəsi, ev 18 |
Sağlamlaşdırılma işləri davam edir |
|
17 |
Rəhimov Vahid Musa oğlu |
“Xarı Bülbül” şadlıq sarayı |
Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllə |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
18 |
Fiziki şəxs Mehdiyev Zakir Mikayıl oğlu |
"Reyhan" kafesi |
Nİzami rayonu, Q.Qarayev küçəsi 120 |
Sahibkar həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb |
|
19 |
Şirvanov Xalid Şəfaddin oğlu |
“Dönər House” kafesi |
Xəzər rayonu, F.Tahirov küçəsi |
Sağlamlaşdırılma işləri davam edir |
|
20 |
Vafadar Kerımov |
"Qırmızı Körpü” kafesi |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, S.Cəfərov küçəsi 12B |
Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
|
21 |
Fiziki şəxs Əlicanov Şahməmməd Qılman oğlu |
“Lökbatan” kafesi |
Qaradağ rayonu, Lökbatan ştq, N.Nərimanov küçəsi, ev 15 |
Sağlamlaşdırılma işləri davam edir |
|
22 |
Fiziki şəxs Səmədov Vüsal Vüqar oğlu |
“Manqal №1” restoranı |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərk” ticarət mərkəzi |
Sağlamlaşdırılma işləri davam edir |
|
23 |
Fiziki şəxs Abbasov Zahir Həsən oğlu |
“Ay İşığı” restoranı |
Qaradağ rayonu, Yeni yaşayış massivi |
Sağlamlaşdırılma işləri davam edir |
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Giriş