İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
25 Sentyabr 2026 14:41
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Gəncə şəhəri və Göygöl, Samux rayonlarında fəaliyyət göstərən bir neçə ictimai iaşə müəssisəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Belə ki, 4 ictimai iaşə müəssisəsində müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb və fəaliyyətlərinin davam etdirilməsinə icazə verilib.
Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır:
1. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, fiziki şəxs Əlizadə Alim Mövsüm oğluna məxsus ictimai iaşə müəssisəsi;
2. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti və X.Şirvani küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Natiq oğluna məxsus çayxana;
3. Göygöl rayonu, Göygöl şəhəri, A.Kazımov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Ruhiyə Namaz qızına məxsus çayxana;
4. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mehvalıyev Elvin Rza oğluna məxsus çayxana.
Oxşar xəbərlər
Kritik Nəzarət Nöqtəsi (CCP) nədir?
Qida təhlükəsizliyi sistemində Kritik Nəzarət Nöqtəsi (CCP) məhsulun təhlükəsizliyini təmin edən ən vacib mərhələlərdən biridir. CCP – qida istehsalı prosesində təhlükənin qarşısının alındığı, aradan qaldırıldığı və ya qəbul edilə bilən səviyyəyə endirildiyi kritik nəzarət nöqtəsidir. Təhlükənin effektiv idarə olunması Məhsulun təhlükəsizliyinin təmin edilməsi İstehlakçı sağlamlığının qorunması Bu mərhələdə düzgün nəzarət aparılmazsa, məhsul insan sağlamlığı üçün risk yarada bilər və sonradan bu riski aradan qaldırmaq çox çətin olar. HACCP sisteminin əsas məqsədi bütün prosesi deyil, məhz ən riskli və kritik nöqtələri nəzarətdə saxlamaqdır.
"Piano Hall" şadlıq evində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
Qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Zeynalov Şöhrət Ağakərim oğluna məxsus təndirxanada plandankənar yoxlama keçirib. Baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş