İran İslam Respublikasından idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub
29 Oktyabr 2021 14:32






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən ümumi çəkisi 23.7 ton və hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən idxal edilən ümumi çəkisi 40.45 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
