İrandan ölkəmizə idxal edilən qurudulmuş xurma məhsulu partiyasının istehlak üçün yararsız olduğu aşkarlanıb
22 Mart 2021 14:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı 8435.2 kq “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb-VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Cəfərov Rövşən Cəfərbala oğluna məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib. Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb. Daha ətraflı:
Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb
Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. M.Mustafaxan küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaqani Əlimirzə oğluna məxsus kafedə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş