Nizami rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb
8 Yanvar 2025 17:28
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən “Beer Muxtar By Ares Pub Restaurant” MMC-yə məxsus “Beer Muxtar” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.
Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik “Absolute” əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik “Finlandia” əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı viski aşkarlanıb.
Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan folqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da, sözügedən məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qoşqar Təhməzli ərzaq və heyvan bazarlarının sahiblərini qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul yanvarın 30-u saat 15:30-da ərzaq və heyvan bazarlarının sahibləri ilə keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
AQTA sədri çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir. Bu çərçivədə bu gün çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacib olduğu diqqətə çatdırılıb. Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.