Paytaxtda qanunvericiliyin tələblərini pozan ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb
3 İyun 2024 10:59
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirilib.
Monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
“Şəki” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, fərdi sahibkar Abdulkərimov Fərahim Yavər oğluna məxsus “Şəki” kafesində yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
“Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb
Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Sakit Həmid oğluna məxsus “Sahib” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Nöqsanlarla əlaqədar şadlıq evinin qida blokunda işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub, sahibi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
“Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib. İstehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub. Baxış zamanı müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş