Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
9 İyun 2021 16:47
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, 2021-ci il 19 aprel – 4 iyun tarixlərində Bakı şəhərinin Nizami rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 31 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Nöqsan aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
Nizami rayonu üzrə:
1. Nizami rayonu, O. Vəliyev küçəsi 19 ünvanında yerləşən, Cəfərov Afiq Bəşir oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Nizami rayonu, O. Vəliyev küçəsi 19 ünvanında yerləşən, İbrahimov Hüseyn Əbdülhüseyn oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Nizami rayonu, Özbəkistan küçəsi 26 ünvanında yerləşən, Hacıyev İdeal Asim oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Nizami rayonu, Özbəkistan küçəsi 751 ünvanında yerləşən, Əliyev Orxan Elxan oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Nizami rayonu, Elşən Süleymanov küçəsi 166B ünvanında yerləşən, Hüseynov Eldəniz Zülfi oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Nizami rayonu, Naxçıvanski küçəsi 86 ünvanında yerləşən, Həsənov Nofəl Baxış oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Nizami rayonunda yerləşən, Mirzəyev Samir Məmmədli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
8. Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 42A ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kazım Fətulla oğluna məxsus heyvan kəsimi məntəqəsi;
9. Nizami rayonu, Şirin Mirzəyev küçəsi 109-111 ünvanında yerləşən, fiziki şəxs Əzizli Əziz Fəqani oğluna məxsus heyvan kəsimi məntəqəsi;
10. Nizami rayonu, Naxçıvanski küçəsi 227E, 8-ci km bazarında yerləşən, fiziki şəxs Vüqar Hüseynova məxsus heyvan kəsimi məntəqəsi;
11. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Qasımov İldırım Mirzəxan oğluna məxsus heyvan kəsimi məntəqəsi;
12. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Cəfərov Niyaməddin Qəmbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
13. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Teymurov Fərhad Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;
14. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Xankişiyev Rəşad Xanbala oğluna məxsus heyvan kəsimi məntəqəsi;
15. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Həsənzadə Hüseyn Sovet oğluna məxsus heyvan kəsimi məntəqəsi;
16. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Hümbətova Samirə Telman qızına məxsus heyvan kəsimi məntəqəsi;
17. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Baloğlanov Təvəkkül Şafiq oğluna məxsus heyvan kəsimi məntəqəsi;
18. Nizami rayonu, Elşad Süleymanov küçəsində yerləşən, fiziki şəxs Şahbazov Rafiq Mehyəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
19. Nizami rayonu, Elşad Süleymanov küçəsi 126 ünvanında yerləşən, fiziki şəxs Quliyev Turab Əli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
20. Nizami rayonu, Məzahir Rüstəmov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Baloğlan İsmail oğluna məxsus heyvan kəsimi məntəqəsi;
21. Nizami rayonu, Məzahir Rüstəmov küçəsi 22 ünvanında yerləşən, fiziki şəxs Abbasov Yusif Museyib oğluna məxsus heyvan kəsimi məntəqəsi;
22. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Məmmədov Rafail Tapdıq oğluna məxsus heyvan kəsimi məntəqəsi;
23. Nizami rayonu, Şirin Mirzəyev küçəsi 48 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mahir Məhərrəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;
24. Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Kamil Hacı oğluna məxsus heyvan kəsimi məntəqəsi;
25. Nizami rayonu, Şərifli və Nəsimi küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Təhməzov Samir Əlövsət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
26. Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Əliyev Rövşən Əyyub oğluna məxsus heyvan kəsimi məntəqəsi;
27. Nizami rayonu, Elşən Süleymanov küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs İsfəndiyarov Fuad Vəliyyədin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
28. Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 92 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rəsul oğluna məxsus heyvan kəsimi məntəqəsi;
29. Nizami rayonu, Əli Vəliyev küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Zahid Hüseynova məxsus heyvan kəsimi məntəqəsi.;
30. Nizami rayonunda yerləşən, fiziki şəxs Verdiyev Şəmşir Ələş oğluna məxsus heyvan kəsimi məntəqəsi;
31. Nizami rayonunda yerləşən, Babayev Elçin Əlihüseyn oğluna məxsus heyvan kəsimi məntəqəsi.
AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar tərəfindən qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcəkdir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır
Oxşar xəbərlər
Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb
Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib
Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı iki bazarda qanunsuz olaraq yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib. Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. “Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov Şalbuz Vəzir oğlu tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib. İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Sabunçuda “Aqat” şadlıq evində istehlakçıların aldadıldığı müəyyən edilib
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Axundov Ağəli Məhəmməd oğluna məxsus “Aqat” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib. Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin yoxlama zamanı şadlıq evində soyuq qəlyanaltıların hazırlanması sahəsində işçi masaların səthlərinin tamlığının pozulduğu, mətbəx sahəsində rəflərin korroziyaya uğradığı, eləcə də digər sanitar-texniki və sanitar-gigiyenik nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək, laboratoriyaya təqdim edilib.
Giriş