Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
23 İyun 2021 15:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, H.Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quluyev Çərkəz İlham oğluna məxsus heyvan kəsimi məntəqəsində monitorinq keçirilib. Yoxlama zamanı kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxs Yusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq” əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti dayandırılıb.
Su emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Yasamalda kremli və qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
Yasamal rayonu, M.Xiyabani küçəsində fəaliyyət göstərən, “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlandığı müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.