Qanunsuz heyvan kəsiminin qarşısı alınır
25 İyul 2023 12:14

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
||
Bakı şəhəri üzrə |
|||||
|
Əmrahov Pərviz Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.B.Xasməmmədov küçəsi 13 |
İnzibati protokol tərtib edilib |
||
|
Məmmədov Cavanşir Ənvər oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
||
|
Abbasov Sərdar İmamverdi oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
||
|
Əhmədov Arzu Yusif oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
||
|
Hüseynov Vüsal Yasir oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Rzayev Rəşad Rahib oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi 5A |
İnzibati protokol tərtib edilib |
||
|
İbrahimov Rüstəm Sabir oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Sarıyev Anar Mollahacı oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
İsrafilov Vidadi Əmrəli oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi, bazarın girişi |
İnzibati protokol tərtib edilib |
||
|
Vəliyev Maşallah Bəhrəm oğlu |
Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
|
Söhbətov Əlizadə Nəzir oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
||
Xaçmaz rayonu üzrə |
|||||
|
Əhmədov Murad Hakim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
||
|
Məmmədov Əfqan Novruz oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.