Qanunsuz heyvan kəsiminin qarşısı alınır
11 Avqust 2023 17:49

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
10 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Tovuz, Masallı rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 17 inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa olunan qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Mustafayev Musa Cəfər oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Ağakişiyev Zaur Lətif oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 40 |
İnzibati protokol tərtib edilib |
|
Dadaşov Rüstəm Əncima oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 29 |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Teymur Nizami oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 15-96 |
İnzibati protokol tərtib edilib |
|
Qılıncxanov Şəmsəddin Saday oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 110, 120 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
Abbasov Elgün Valey oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 89 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
Məmmədov Ziya Yavər oğlu |
Xətai rayonu, İ.Zülfüqarov küçəsi 101 |
İnzibati protokol tərtib edilib |
|
İsmayılov Anar Yusan oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Səfərov Yasin Yaşar oğlu |
Xətai rayonu, Gəncə prospekti |
İnzibati protokol tərtib edilib |
|
Fərzəliyev Kamal Nadir oğlu |
Xətai rayonu, M.Sadıqcan küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
Qarayev Əli İsfəndiyar oğlu |
Xətai rayonu, M.Sadıqcan küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
|
Cəmilzadə Pərviz Zahid oğlu |
Xırdalan şəhəri, məhəllə 28 |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
|
Əhmədov Ərəstun Abuzər oğlu |
Qovlar şəhəri |
Yenidən bərpa olunan qurğu sökülüb |
Masallı rayonu üzrə |
|||
|
Dadaşov Burhan Abdul oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi, “Köhnə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Vahid Xamməd oğlu |
H.Əliyev prospekti, “Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Kəlbiyev Əflatun Rza oğlu |
H.Əliyev prospekti, “Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.