Qanunsuz heyvan kəsiminin qarşısı alınır
14 Avqust 2023 17:38

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
11 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz, Qazax, Xaçmaz rayonlarında fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla bağlı 14 inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa olunan qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Osmanov Elşən Şəmisdan oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyid küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Ağayev Fikrət Barat oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şahməmmədov Ədalət Məhəmməd oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyid küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Sənan Səyavuş oğlu |
Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi 68 |
İnzibati protokol tərtib edilib |
|
Zeynalov Həsən Rafət oğlu |
Xətai rayonu, R.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
İsazadə Nicat Saiq oğlu |
Xətai rayonu, R.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
Nəciyev Rövşən Fərman oğlu |
Xətai rayonu, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğu sökülüb |
|
İlyasov Nizami Gəray oğlu |
Xətai rayonu, O.Vəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Rəhimov Məhəmmədəli Bəkir oğlu |
Xətai rayonu, Babək prospekti, R.Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
|
Məhərrəmov Sabir Bahadur oğlu |
Düz Qırıqlı kəndi |
İnzibati protokol tərtib edilib |
|
Rzayev Eşqin İlham oğlu |
Düz Qırıqlı kəndi |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
|
Nəbiyev Rəşad İmamqulu oğlu |
Çaylı kəndi |
İnzibati protokol tərtib edilib |
|
Alıyev Elşən Qeys oğlu |
Çaylı kəndi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
|
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa olunan qurğu sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
Azərbaycan Neft və Sənaye Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida zəncirinin bütün mərhələlərində nəzarət mexanizmlərinin qurulması, bununla da əhalinin təhlükəsiz və sağlam qida ilə təmin edilməsi Agentliyin başlıca məqsədilərindən biridir. Tələbələrə Agentliyin strukturu, işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində müasir standartlara uyğun qurulan laboratoriyaların ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rolu vurğulanıb. Görüş zamanı “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki, bu günə qədər 2300 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 550 nəfər seçilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən görüşdə tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb. Sonda Universitetin rəhbər və müəllim heyəti ilə görüş keçirilib, əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Arı xəstəlikləri üzrə monitorinqlər həyata keçirilir
İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı arıxanalara klinik baxış keçirilib, diaqnostik nümunələr götürülərək akarapidoz, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, bal arılarının tropilelap gənələri və varroatoz xəstəliklərinə görə seroloji müayinələr aparılıb. 2024-ci ildə respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. 2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə-Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəlik olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib. Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçirilib və qanunvericiliyin tələbləri izah olunub.

AQTA əməkdaşı Cenevrədə beynəlxalq tədbirdə iştirak edib
İsveçrənin Cenevrə şəhərində “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası (SC COP-12), “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası (BC COP-17) və “Pestisidlər və təhlükəli kimyəvi maddələrin beynəlxalq ticarətinə dair” Rotterdam Konvensiyası (RC COP-12) üzrə Tərəflərin birgə Konfransları keçirilib. Kimyəvi maddələrin və tullantıların təhlükəsiz idarə olunması, insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi məqsədi ilə keçirilən beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyətinin tərkibində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev də olub. Konfrans çərçivəsində ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və bioloji müxtəliflik kimi qlobal çağırışlar müzakirə olunub, bir sıra mühüm qərarlar qəbul edilib.