Qanunsuz heyvan kəsiminin qarşısı alınır
9 Avqust 2023 18:13

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
8 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Lənkəran, Göyçay, Qazax, Gədəbəy, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 18 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa olunmuş qurğu sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Ağalarov Rəşad Ağalar oğlu |
Nəsimi rayonu, A.Mustafayev küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
Hüseynov Hacı Məmməd oğlu |
Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 |
İnzibati protokol tərtib edilib |
|
Şirinov Şirin Siyasət oğlu |
Səbail rayonu, T.Məmmədov küçəsi 23 |
İnzibati protokol tərtib edilib |
|
Əsədov Ramil Barat oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Əliyəddin Alıxan oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Əliyev İlqar İsmayıl oğlu |
Səbail rayonu ,T.Məmmədov küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
|
Şirinov İlham Telman oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Abbasov Əli |
Təzə Alvadı kəndi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Həsənov Atəş Əhmədağa oğlu |
N.Gəncəvi küçəsi, bazar ərazisi |
İnzibati protokol tərtib edilib |
|
Babayev Cavid Hacıhəsən oğlu |
N.Gəncəvi küçəsi, bazar ərazisi |
İnzibati protokol tərtib edilib |
Göyçay rayonu üzrə |
|||
|
Kərimov Baba Ərəstun oğlu |
X.Natəvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Kərimov Araz Polad oğlu |
X.Natəvan küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
Süleymanov Xalid Elman oğlu |
Ə.Kərimli küçəsi |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
|
Babayev Nurlan Vilayət oğlu |
Canalı kəndi |
İnzibati protokol tərtib edilib |
Gədəbəy rayonu üzrə |
|||
|
İsmayılov Xəyal Aydın oğlu |
Dəyirmandağ kəndi |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Arzu Teymur oğlu |
Gədəbəy şəhəri |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
|
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
Rüstəmov Fərman |
Pirquluoba kəndi |
İnzibati protokol tərtib edilib |
|
Əhmədov Murad Hakim oğlu |
Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa olunan qurğu sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.